Taekvondo üzrə böyüklərdən ibarət Azərbaycan milli komandası regional təlim-məşq toplanışına yollanıb. Sport24.az xəbər verir ki, Qəbələ Olimpiya İdman Kompleksində təşkil olunan hazırlıq prosesinə oktyabrın 14-də start verilib.
Məşqlər yığmanın baş məşqçisi Məmməd Abdullayev, həmçinin məşqçilər Ayxan Tağızadə və Fəridə Əzizovanın rəhbərliyi altında davam etdirilir. Komandanın Qəbələdəki toplanışı oktyabrın 26-dək davam edəcək.