Türkiyə Super Liqasında VIII turun oyunları keçirilir. Sport24.az xəbər verir ki, turun mərkəzi qarşılaşmasında "Trabzonspor" doğma meydanda "Beşiktaş"ı qəbul edib.

 

Meydan sahibləri gərgin keçən qarşılaşmadan 2:0 hesablı qələbə ilə ayrılmağı bacarıblar.

 

Qeyd edək ki, Trabzon təmsilçisi 16 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. "Beşiktaş" isə 15 xalla 5-ci sırada yer alıb.

 

Türkiyə Super Liqası

 

VIII tur

 

"Trabzonspor" - "Beşiktaş" 2:0

Qollar: O.Tufan,21, M.Salah,71