"Real"ın sabiq futbolçusu Serxio Ramos karyerasını yenidən İspaniyada davam etdirə bilər. Sport24.az xəbər verir ki, "Xetafe" klubu 40 yaşlı müdafiəçini transfer etmək istəyir.

 

Bu barədə La Liqa təmsilçisinin rəhbəri Anxel Torres yerli mətbuata açıqlamasında deyib.

 

Ramosun son klubu "Monterrey" olub. O, ötən ilin yayından azad agent statusu daşıyır.

 

Serxio daha əvvəl "Sevilya", "Real" və PSJ-də forma geyinib.

 

Qeyd edək ki, "Xetafe" La Liqada 9 turdan sonra 8 xalla 15-ci sıradadır. Klub bir müddət öncə sabiq "Real"lı Dani Karvahalı transfer edib.