AFFA nümayəndəsi Fərrux Hüseynzadə növbəti beynəlxalq təyinatını alıb. Sport24.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

 

Fərrux Hüseynzadə futzal üzrə dünya çempionatının əsas mərhələsi çərçivəsində baş tutacaq Qazaxıstan – Belarus matçında UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.

 

Qeyd edək ki, sözügedən qarşılaşma oktyabrın 20-də Qazaxıstanın paytaxtı Astanada keçiriləcək və Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.