Sergen Yalçın Türkiyə millisinin baş məşqçisi ola bilər. Sport24.az xəbər verir ki, bu barədə "A Spor" məlumat yayıb.
Türkiyə Futbol Federasiyasının (TFF) rəsmiləri 53 yaşlı mütəxəssisə təklif göndəriblər.
TFF İdarə Heyətinin oktyabrın 20-si üçün planlaşdırılan iclasında yekun qərarın veriləcəyi gözlənilir.
Qeyd edək ki, Türkiyə millisi oktyabrın 9-da italiyalı Vinçentso Montella ilə yollarını ayırıb.