"Milan" İtaliya A Seriyasında VII turunda "Atalanta"ya qalib gəlib – 3:2. Sport24.az xəbər verir ki, "qırmızı-qaralar" baş məşqçi Ruben Amorimin rəhbərliyi altında çempionatda ilk yeddi matçda uduzmayıb.

 

Portuqaliyalı mütəxəssis "Milan"la A Seriyasında bunu bacaran üçüncü məşqçidir.

 

Amorimdən əvvəl 1955-ci ildə Ektor Puriçelli, 1963-də isə Luis Karnilye buna nail olmuşdu.

 

Qeyd edək ki, "Milan" çempionatda 15 xalla 4-cü sıradadır. Komanda 7 turda 4 qələbə qazanıb, 3 heç-heçə edib.