Portuqaliya Futbol Federasiyası milli komandanın kapitanı Kriştiano Ronaldo barəsində intizam cəzası tətbiq edib. Sport24.az xəbər verir ki, "Əl-Nəsr"in təcrübəli hücumçusu milli komandanın sonuncu təlim-məşq toplanışını icazəsiz tərk etdiyi üçün 30 gün müddətinə kənarlaşdırılıb və 255 avro məbləğində cərimələnib.

 

Portuqaliya Futbol Federasiyasının İntizam Komitəsinin qərarında Ronladonun intizam qaydalarının 160.1-ci maddəsini qəsdən pozmaqda təqsirli bilindiyi vurğulanıb. Qərar rəsmi olaraq bu gün açıqlansa da, 30 günlük kənarlaşdırma müddətinin futbolçunun Danimarkadakı toplanışı tərk etdiyi gün olan 30 sentyabrdan etibarən qüvvəyə mindiyi bildirilib.