Türkiyə I Liqasında XI turun oyunları keçirilir. Sport24.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Toral Bayramovun formasını geyindiyi "Bursaspor" doğma meydanda "Pendikspor"la üz-üzə gəlib.

 

Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Toral bu matçın 77-ci dəqiqəsində meydana daxil olub.

 

Qeyd edək ki,10 turdan sonra 25 xal toplayan "Bursaspor" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.