"Arsenal" yarımmüdafiəçisi Deklan Raysa yeni müqavilə təklif edib. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano sosial media hesabında paylaşım edib.

 

Mənbənin özlərinə görə, "Arsenal" bir neçə həftə əvvəl baş məşqçi Mikel Arteta ilə ortaq məxrəcə gəlib. O, 2030-cu ilin iyununa qədər klubda qalacaq.

 

London klubu indi əsas oyunçularından biri olan Deklan Rays ilə uzunmüddətli müqavilənin uzadılması istiqamətində danışıqlarda ciddi irəliləyiş əldə edib.

 

27 yaşlı ingilis futbolçunun hazırkı müqaviləsi 2028-ci ilin iyununa qədər qüvvədədir. O, 2023-cü ilin yayında 116,6 milyon avro qarşılığında "Vest Hem"dən transfer olunub.

 

Qeyd edək ki, Rays bu mövsüm meydana çıxdığı 10 oyunda 4 məhsuldar ötürmə ilə yadda qalıb.