"Mançester Siti" ciddi itki ilə üzləşib. Sport24.az xəbər verir ki, "şəhərlilər"in vingeri Antuan Semenyo sıradan çıxıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Afrikalı futbolçu Premyer Liqada "İpsviç"lə matçda (3:2) zədə alıb. Onun azı iki ay yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
Qeyd edək ki, Semenyo bu mövsüm 10 oyunda 2 qol vurub, 3 məhsuldar ötürmə edib.