PSJ bu gün Çempionlar Liqasında "Barselona" ilə qarşılaşacaq. Sport24.az xəbər verir ki, Paris təmsilçisinin baş məşqçisi Luis Enrike matçla bağlı fikirlərini bölüşüb:

 

"Barselona" hazırda dünyanın ən yaxşı komandalarındadır. Bütün turnirlərdə inanılmaz futbol sərgiləyirlər. Liderləri Lamin Yamala qarşı diqqətli müdafiə olunmalıyıq. Bunun açarı isə onu topsuz saxlamaqdır.

 

"Barselona"da keyfiyyətli futbolçu çoxdur. Zəif tərəfləri? İdeal komanda yoxdur. Onları məğlub etmək üçün var gücümüzlə calışacağıq".

 

Qeyd edək ki, bu gün keçiriləcək PSJ – "Barselona" oyununa saat 23:00-da start veriləcək.