Rusiya yığması yoldaşlıq oyunu keçirəcək. Sport24.az xəbər verir ki, "ağ-mavilər" noyabrda Özbəkistan seçməsi ilə üz-üzə gələcək.
Matç Daşkənddə baş tutacaq.
Rusiya yığması UEFA və FIFA bayrağı altında keçirilən yarışlardan kənarlaşdırılıb. Ölkənin milli komandası bu səbəbdən Avropa komandaları ilə yoldaşlıq oyunları keçirə bilmir.
Qeyd edək ki, Rusiya sonuncu dəfə Nigeriya ilə qarşılaşıb və məhsuldar heç-heçə qeydə alınıb – 3:3.