Çempionlar Liqasında "Barselona"ya qarşı keçiriləcək oyundan əvvəl PSJ-nin yarımmüdafiəçisi Vitinya "Barselona"nın hücumçusu Lamin Yamal haqqında fikirlərini bölüşüb və onun "Qızıl top"u (Ballon d'Or) qazanmaq potensialını müzakirə edib. Sport24.az xəbər verir ki, futbolçu bu barədə "Marca" nəşrinə açıqlama verib: 

"O, ən yaxşılardan biridir və hazırda etdikləri inanılmazdır. O, xüsusi istedaddır, lakin "Barselona"dan danışarkən diqqəti yalnız Laminin üzərində cəmləmək ədalətli olmazdı. Hər şeydən əvvəl, onların əla komandası var.

"Qızıl top"a gəldikdə isə... Düşünürəm ki, bu mükafatı PSJ oyunçusunun qazanması daha yerinə düşər. Düzdür, hazırda rəqabət çox gərgindir və çoxlu sayda möhtəşəm futbolçu var. Hesab edirəm ki, Keyn, Kilian, Lamin və Olise kimi oyunçuların bu mükafatı qazanmaq şansı var. Fikrimcə, mükafatın PSJ oyunçusuna qismət olması ən haqlı nəticə olardı".

 

Qeyd edək ki, PSJ - "Barselona" oyunu bu gün baş tutacaq və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.