Cari mövsümdə "Challenge Cup"da Azərbaycanı təmsil edəcək qadın voleybolçulardan ibarət "DH Volley" heyətinə yeni legioner qatıb. Sport24.az xəbər verir ki, klub polşalı oyunçu Rozaliya Qnatışinlə rəsmi razılıq əldə edib.
Qeyd edək kj, 26 yaşlı idmançı karyerasının son mərhələsində Türkiyə çempionatında çıxış edib.
O, ötən mövsümü qonşu ölkənin "Çanaqqala Bələdiyyəspor" klubunun heyətində keçirib.