Kosovoda futbol üzrə Superliqasında 9-cu turun oyunları keçirilir. Sport24.az xəbər verir ki, azərbaycanlı hücumçu Vüsal İskəndərlinin çıxış etdiyi "Malishevo" doğma meydanda "Priştina" ilə qarşılaşıb.
Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Start heyətində meydana çıxan İskəndərli sonadək oyunda olub.
Qeyd edək ki, hazırda "Malishevo" 20 xalla turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.