"Qarabağ"ın və Azərbaycan millisinin sol cinah müdafiəçisi Elvin Cəfərquliyevin bərpa prosesində müsbət irəliləyişlər müşahidə olunmağa başlayıb. Sport24.az xəbər verir ki, sentyabrın əvvəlində ağır zədə alaraq Finlandiyada əməliyyat olunan təcrübəli futbolçu artıq fərdi məşqlərə start verib.

 

O, bu barədə özünün sosial şəbəkə hesabında görüntülər paylaşıb.

 

Qeyd edək ki, klubun yaydığı ilkin açıqlamada onun ən azı 3 ay yaşıl meydanlardan kənarda qalacağı bildirilmişdi.