Azərbaycan MMA döyüşçüləri Mirəli Hüseynov və Amin Qasımov oktyabrın 17-də ABŞ-nin Sakramento şəhərində təşkil olunacaq "Urijah Faber"s A1 Combat 37" turnirində oktaqona daxil olacaqlar. Sport24.az xəbər verir ki, gecənin mərkəzi qarşılaşmasında 31 yaşlı Mirəli Hüseynov qüvvəsini sınayacaq.

 

Təmsilçimizin rəqibi 2022-2025-ci illərdə UFC təşkilatında 10 döyüş keçirmiş rusiyalı Vyaçeslav Borşşev olacaq. Razılaşdırılmış çəki həddində baş tutacaq qarşılaşma turnirin əsas döyüşü statusunu daşıyır.

 

Həmin gecə səhnəyə çıxacaq digər təmsilçimiz Amin Qasımov isə yarımyüngül çəki dərəcəsində yerli idmançı Cermi Henri ilə üz-üzə gələcək.

 

Qeyd edək ki, ABŞ-nin Kaliforniya ştatında keçiriləcək "A1 Combat 37" turnirinin döyüşləri oktyabrın 17-də Bakı vaxtı ilə səhər saat 05:00-da start götürəcək.