Kişi basketbolçulardan ibarət "Neftçi" komandası FIBA Avropa Kubokunun H qrupunda növbəti matçına çıxıb. Sport24.az xəbər verir ki, Azərbaycan təmsilçisi II tur çərçivəsində öz meydanında Latviyanın VEF (Riqa) klubunu qəbul edib.

 

"Sərhədçi" İdman Sarayında baş tutan və gərgin mübarizəyə səhnə olan qarşılaşma qonaqların 110:94 hesablı qələbəsi ilə yekunlaşıb. İlk yarıda uğurlu oyun göstərərək böyük fasiləyə 56:51 hesabı ilə öndə yollanan "Neftçi" matçın ikinci hissəsində üstünlüyünü qoruya bilməyib.

 

Qrupda hələ xal qazanmayan "ağ-qaralar" növbəti oyununu oktyabrın 21-də səfərdə İsveçrə təmsilçisi "Friburq Olimpik"ə qarşı keçirəcək.