Türkiyə millisində baş məşqçi postuna axtarış davam edir. Sport24.az xəbər verir ki, "sükan" üçün yeni namizəd Şenol Güneşdir.

 

Bu barədə "Sabah" nəşri məlumat yayıb.

 

Federasiya nümayəndələrinin yaxın zamanda mütəxəssislə görüşəcəyi bildirilib.

 

Şenol daha əvvəl də milliyə rəhbərlik edib. O, 2000-2004 və 2019-2021-ci illərdə yığmanı çalışdırıb.

 

Qeyd edək ki, mütəxəssis hazırda işsizdir.