"Mingəçevir"in baş məşqçisi Elman Sultanov futbolçuların məşqə çıxmaması ilə bağlı yayılan söz-söhbətə münasibət bildirib. O, bu barədə Sport24.az-a açıqlama verib.
Baş məşqçi mətbuatda yayılan xəbərin doğru olmadığını söyləyib:
"Kim deyir ki, futbolçular məşqlərə çıxmır? Komandamız həm dünən, həm də ondan əvvəlki gün məşq prosesində iştirak edib. Buna görə də futbolçuların məşqlərə çıxmadığı ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir".
Sultanov saytımızın iki gün əvvəl yazdığı xəbəri isə təsdiqləyib:
"Futbolçulara olan borclara gəlincə, bu məsələ ötən mövsüm komandada çıxış etmiş oyunçularla bağlıdır. Hazırkı heyətdə yer alan futbolçuların isə son ay üzrə maaşları ödənilməyib. Yəni mövcud heyətə olan borc bir aylıq əməkhaqqı ilə məhdudlaşır".
Qeyd edək ki, ilk 4 oyunda 1 xal qazanan "Mingəçevir" turnir cədəvlində 9-cu pillədə qərarlaşıb. Spor24.az oktyabrın 12-də klubun futbolçulara borcunun olduğunu yazmışdı.