"Real"ın futbolçusu Vinisius Junior İspaniya La Liqasının X turunun "Barselona" ilə matçında iştirak edə bilməyəcək. Sport24.az xəbər verir ki, bu barədə jurnalist Mario Korteqana məlumat yayıb.
VII turun "Vilyarreal"la oyununda (1:0) meydandan qovulan Vinisiusu azı 2 oyunluq cəza gözləyir. Lakin braziliyalı vingerin qırmızı vərəqəyə göstərdiyi emosional və aqressiv reaksiya səbəbindən cəza müddəti 3 oyuna qədər artırıla bilər.
Qeyd edək ki, Vinisius rəqibini saçından tutduğuna görə meydandan kənarlaşdırılmışdı. Nəticədə, futbolçu Kataloniya təmsilçisinə qarşı görüşü buraxacaq. Qarşılaşma oktyabrın 26-da "Barselona"nın meydanında keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.