"Sabah"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk "24-lük"də yer alaraq pley-offa yüksəlmək ehtimalı açıqlanıb. Sport24.az xəbər verir ki, bu barədə "Football Meets Data" məlumat yayıb.

Hazırkı proqnoza əsasən, Azərbaycan çempionunun Liqa mərhələsini orta hesabla 6 və ya 7 xalla başa vuracağı gözlənilir.

"Sabah"ın ilk 24 komanda arasında yer alaraq pley-off mərhələsinə vəsiqə qazanmaq ehtimalı 17,3 faiz qiymətləndirilir. "Bayquşlar"ın ilk "8-lik"də qərarlaşaraq birbaşa 1/8 finala yüksəlmək şansı isə cəmi 0,4 faizdir.

Qeyd edək ki, "Sabah" ötən gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda Bakıda Çexiyanın "Slaviya" klubunu 2:0 hesabı ilə məğlub edib. Komanda I turda İngiltərədə "Mançester Yunayted"ə məğlub olub - 0:4.