Futzal üzrə dünya çempionatının əsas mərhələsi çərçivəsində keçiriləcək Çexiya - Azərbaycan oyununun hakimləri müəyyənləşib. Sport24.az xəbər verir ki, görüşün əsas referisi ingiltərəli Peter Nurse olacaq.
Uelsli Valentin Ciuplea ikinci, şotlandiyalı Dunkan Mklulliç üçüncü hakim kimi təyinat alıb. Çexiyalı Luboş Ruql "timekeeper", portuqaliyalı Nunu Boqolyo hakim-inspektor, finlandiyalı Yurki Filppu UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, millimiz DÇ-2028-in əsas mərhələsində Çexiya ilə oktyabrın 16-da qarşılaşacaq.