Minifutbol üzrə U-23 millimiz Xorvatiyada keçirilən dünya çempionatında Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) seçməsini məğlub edib. Sport24.az xəbər verir ki, matç 4:2 hesabı ilə başa çatıb.
Yığmanın heyətində Mirmövsüm Canıyev, Cavid Rəhimov, Fərid Abbasov və Kənan Məsimov fərqləniblər.
Qeyd edək ki, komanda ötən gün keçirdiyi görüşlərdə Rumıniyan ilə heç-heçə (3:3) edib, Çexiyanı isə üstələyib - 4:2. Milli növbəti matçını sabah Slovakiya komandasına qarşı keçirəcək.