Azərbaycanda keçiriləcək FİFA Dünya Kuboku və Festivalı üçün Rusiya U-15 yığmasının genişləndirilmiş heyətini açıqlanıb. Sport24.az xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqının (RFU) mətbuat xidməti məlumat yayıb.

 

Siyahıya 18 oyunçu daxildir. Onlardan yalnız 14-ü yekun heyətdə yer alacaq.

 

Qapıçılar: Andrey Şadilov ("Dinamo" Moskva), Rodion İzyumski ("Zenit"), Aleksandr Qorodov ("Krasnodar").

 

Müdafiəçilər: Semyon Savosin ("Akron"), Stepan Panov ("Lokomotiv"), Daniil Kon ("Krasnodar"), Yeqor Qoryainov ("Zenit"), Kərim Zalyalov ("Rubin").

 

Yarımmüdafiəçilər: Matvey Abdulxaliqov ("Dinamo", Moskva), Arsen Bestayev (ÇSKA), Anatoli Tsimin ("Krasnodar"), İvan Kazakeviç ("Rodina"), Aleksandr Olxovski ("Rodina"), İlya Xrabrı ("Zenit"), Rodion Alyabyev ("Lokomotiv").

 

Hücumçular: İqor Kalyujnı ("Rostov"), Matvey Rodionov ("Spartak"), Yeqor Lyusin ("Lokomotiv").

 

Qeyd edək ki, turnir 22-31 oktyabr aralığında keçiriləcək. İlkin mərhələdə Rusiya komandası Əfqanıstan, Cibuti, Sierra-Leone, Sudan və Türkiyə milliləri ilə qarşılaşacaq. Daha sonra komanda digər qruplarda müvafiq yerləri tutmuş rəqiblərlə daha beş oyun keçirəcək.

Yarışda ümumilikdə 191 milli komanda iştirak edəcək. Oyunlar hər biri 20 dəqiqəlik iki hissədən ibarət olmaqla, 8 nəfərlik heyətlə (8-in-8-ə formatında) keçiriləcək. Bu, 2022-ci ildən bəri Rusiya millisinin öz milli bayrağı və himni altında mübarizə aparacağı ilk rəsmi FİFA turniri olacaq.