"Mançester Yunayted"in futbolçusu Lisandro Martines Çempionlar Liqasında "Atletiko"ya uduzduqları görüşü şərh edib. Sport24.az xəbər verir ki, müdafiəçi 0:2 hesabıyla bitən matçla bağlı bunları deyib:
"Məğlubiyyət məyusedicidir. Yaxşı nəticə üçün buraya gəlmişdik, amma alınmadı.
Heyətimiz Çempionlar Liqası səviyyəsində deyil. Məncə, daha keyfiyyətli bir komanda qurmaq lazımdır. Reallıq budur və bununla barışmalıyıq".
Qeyd edək ki, "Mançester Yunayted" 2 turdan sonra 3 xalla 7-ci sıradadır.