"Vilyarreal"ın qapıçısı Peter Qulaçi evində baş vermiş silahlı soyğun səbəbindən dünən keçirilən "Napoli"yə qarşı Çempionlar Liqası oyununu buraxıb. Sport24.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.

 

Soyğunçular macar qapıçının evinə o, həyat yoldaşı və iki övladı ilə birlikdə evdə olduğu zaman daxil olublar. Xəsarət alanlar barədə məlumat verilməyib. Polis hadisə ilə bağlı araşdırma aparır.

 

Oyundan əvvəl klub 36 yaşlı Qulaçinin "şəxsi səbəblər" üzündən meydana çıxa bilməyəcəyini açıqlayıb. Macarıstanlı qapıçının yoxluğunda "Vilyarreal"ın qapısını Luis Junior qorudu.

 

Qeyd edək ki, "Vilyarreal" Çempionlar Liqasının liqa mərhələsinin ikinci turunda "Napoli"yə qalib gəlib - 3:1.