Türkiyənin "Samsunspor" klubunun yeni baş məşqçisi müəyyənləşib. Sport24.az xəbər verir ki, Super Liqa təmsilçisini Nenad Byelitsa çalışdıracaq.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Xorvatiyalı mütəxəssis bu gün Samsuna gedərək mövsümün sonuna qədər nəzərdə tutulan müqaviləyə qol çəkəcək.

 

Qeyd edək ki, Nenad Byelitsanın son iş yeri Zaqreb "Dinamo"su olub. "Samsunspor" isə Torsten Finklə yollarını ayırıb.