"Neftçi" Azərbaycan Basketbol Liqasının ikinci turunda "Ordu"nu məğlub edərək mövsümə qələbə ilə başlayıb. Sport24.az xəbər verir ki, Bakı İdman Sarayında keçirilən qarşılaşma "Neftçi"nin 83:79 hesablı üstünlüyü ilə başa çatıb.

 

Günün ilk oyununda isə "LANDAU Lions" eyni məkanda NTD üzərində 102:68 hesablı qələbə qazanıb.

 

Xatırladaq ki, turun ilk qarşılaşmasında "Sumqayıt" doğma meydanda "Naxçıvan"a 76:87 hesabı ilə məğlub olub.