"Gəncə" bu gün FIBA Avropa Kubokunun müntəzəm mövsümündə ilk ev oyununu keçirəcək. Sport24.az xəbər verir ki, "sarı-göylər" Yunanıstan təmsilçisi "Kolossos"u qəbul edir.
Gəncə İdman Sarayında baş tutacaq qarşılaşmanın start fiti saat 19:00-da səslənəcək.
Qeyd edək ki, "Gəncə" ilk oyunda səfərdə Türkiyə təmsilçisi "Esenler Erokspor"a uduzub - 63:92.