"Şübhəsiz ki, klubu mənim üçün bu qədər cəlbedici edən əsas amil məhz Çempionlar Liqasında iştirak idi". Sport24.az xəbər verir ki, bu sözləri "Sabah"ın futbolçusu De Keyros deyib.
Ölkəsinin mətbuatına açıqlama verən braziliyalı yarımmüdafiəçi Azərbaycan klubuna keçidi barədə danışıb:
"Bir neçə icarə dövründən sonra "Zenit"də kifayət qədər forma şansı qazanmırdım. Buna görə də "Sabah"ın layihəsi və UEFA Çempionlar Liqasında iştirakı mənə çox maraqlı gəldi. Özümü göstərmək və daha çox oynamaq şansı qazanmaq istəyirəm".
26 yaşlı futbolçu Bakı haqqında da xoş sözlər söyləyib:
"Klubun əla infrastrukturu var. Bu, məni həqiqətən həyəcanlandırdı. Komandadakı ilk həftəmdə "Mançester Yunayted"lə oyunumuz oldu. Bir çox kumirimin çıxış etdiyi meydanda 80 mindən çox tamaşaçının qarşısında oynamaq mənim üçün böyük məna kəsb edir. Bu, çox qürurverici idi.
İnanıram ki, bu, klub üçün də vacibdir. "Sabah" gənc və yeni klubdur. Belə yarışda iştirak etmək, rəqabət aparmaq və xal qazanmaq böyük hadisədir. Əslində, klubun infrastrukturu və şəhərin özü də məni heyran etdi. Bakı çox gözəl şəhərdir".
Qeyd edək ki, "Sabah" UEFA Çempionlar Liqasında növbəti oyununu bu gün keçirəcək. "Bayquşlar" Bakı Olimpiya Stadionunda Çexiyanın "Slaviya" kollektivini qəbul edəcək.