"Slaviya"nın futbolçusu Tomaş Vlçek Çempionlar Liqasında "Sabah"a qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, 25 yaşlı müdafiəçi matçla bağlı bunları deyib:

 

"Sabah"ın maraqlı hekayəsi var. 9 il əvvəl yaranan bir klubdur. Qısa müddətdə belə səviyyətə çatmaqları heyrətamizdir. Onlar qeyri-adi və maraqlı rəqibdir. Matçı səbirsizliklə gözləyirik. Uzun müddətdir, Çempionlar Liqasında qələbə qazana bilmirik. Uğursuz seriyanı qırmalıyıq".

 

Qeyd edək ki, bu gün keçiriləcək "Sabah" – "Slaviya" matçına saat 20:45-də start veriləcək.