"Çelsi" müdafiəçi Malo Qustonu satmağa hazırdır. Sport24.az xəbər verir ki, bu barədə "Get Football News France" məlumat yayıb.
Mənbənin sözlərinə görə, London klubu 23 yaşlı futbolçunun transferinə açıqdır və onun üçün azı 75 milyon avro tələb edir.
Ötən yay "Atletiko", PSJ, "Bavariya", "Tottenhem" və "Yuventus" fransız futbolçu ilə maraqlansalar da, tələb olunan yüksək məbləğ onları bu fikirdən daşındırmışdı.
Qeyd edək ki, Qusto ötən mövsüm bütün turnirlərdə 49 oyuna çıxaraq 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Cari mövsümdə isə o, 7 matçda iştirak edib və bir məhsuldar ötürmə ilə fərqlənib.