"Mançester Siti"nin hücumçusu Erlinq Haaland karyerasını "Barselona"da davam etdirməyi düşünür. Sport24.az xəbər verir ki, bu barədə "El Nacional" məlumat yayıb. 

 

Mənbənin sözlərinə görə, 26 yaşlı norveçli futbolçu Kataloniya klubunda Lamin Yamal ilə birlikdə çıxış etmək istəyir. Məlumata görə, hücumçu "Siti"dəki dövrünün başa çatmaq üzrə olduğunu düşünür və mövsümün sonunda komandadan ayrıla bilər.

 

Haalandın qərarına təsir edə biləcək digər bir amil isə maliyyə qaydalarının pozulması ilə bağlı iddialar çərçivəsində "Mançester Siti"yə qarşı tətbiq oluna biləcək sanksiyalardır.

 

Qeyd olunur ki, norveçli futbolçunun nümayəndələri "Barselona"nın prezidenti Joan Laporta ilə mümkün transferi müzakirə etməyə hazırdırlar.