Fransa millisinin keçmiş hücumçusu Jan-Pyer Papen "Real"ın oyunçusu Kilian Mbappenin "Qızıl top" (Ballon d'Or) ilə bağlı fikirlərini tənqid edib. Sport24.az xəbər verir ki, 1991-ci ildə "Qızıl top"u qazanmış veteran futbolçu bu barədə "Footmercato"ya açıqlam verib:

 

"Kilianı çox bəyənirəm. O, həm də rekordçudur. Lakin "Qızıl top" məsələsində... Hər yerdə "mən, mən, mən və yalnız mən" deyir – axı səsverməni başqaları həyata keçirir! Bir ara onun ictimai açıqlamaları elə təəssürat yaradırdı ki, sanki bu mükafata ondan başqa heç kim layiq deyil. Mənim üçün bu, artıq həddi aşmaq idi. Sadəcə, çox artıq.

Bu gün "Qızıl top"un verilmə qaydasına nəzər salsanız, orada müəyyən meyarlar toplusunun olduğunu görərsiniz. Və həmin konkret meyarlar baxımından Kilian tələblərə cavab vermir. Digər məsələlərdə hər şey qaydasındadır, amma burada bir problem var".

 

Qeyd edək ki, mükafatlandırma mərasimi oktyabrın 26-na planlaşdırılıb. Sayca 70-ci dəfə təşkil olacaq tədbir Londonda keçiriləcək. Qalib FİFA reytinqində ilk "100-lük"də yer alan ölkələrdən olan 100 jurnalistin iştirakı ilə keçiriləcək səsvermə nəticəsində müəyyənləşəcək.