Böyük Mançesterin meri Endi Börnemin vəzifədə olduğu müddətdə "Mançester Siti"nin sahibi Xaldun Əl-Mübarək arasında baş tutan görüşlərin detalları məlum olub. Sport24.az xəbər verir ki, bu barədə Böyük Mançester Birləşmiş İdarəetmə Orqanı (GMCA) məlumat yayıb.

 

2021-ci ilin oktyabrında Börnem Böyük Britaniya hökumətinin təşkil etdiyi Qlobal İnvestisiya Sammitində Əl-Mübarək ilə rəsmi görüş keçirib. 2019-cu ilin sentyabrında isə onlar Vinsent Kompaninin vida matçı zamanı tribunada qeyri-rəsmi görüşüblər. 

 

Börnem həmçinin klubun dəvəti ilə "Mançester Siti"nin bir neçə ev oyununda iştirak edib. GMCA qeyd edib ki, bu səfərlər müəyyən edilmiş qaydalara uyğun olaraq bəyan edilib. Klub əməkdaşları həmçinin merin rəhbərlik etdiyi nümayəndə heyətinin Çin və Yaponiyaya səfərlərinin təşkilində də köməklik göstəriblər.

 

Bu məlumatlar Böyük Britaniyanın hazırkı Baş nazirinin "Mançester Siti" rəhbərliyi ilə təmaslarına dair təfərrüatları açıqlamaq öhdəliyi götürməsindən sonra yayımlanıb.

 

Qeyd edək ki. bir müddət əvvəl müstəqil komissiya "Mançester Siti"ni 2009/10 və 2017/18 mövsümləri arasında Premyer Liqanın maliyyə qaydalarının pozulması, eləcə də istintaqla əməkdaşlıq etməməklə bağlı əksər ittihamlar üzrə təqsirli bilib. Klub isə irəli sürülən ittihanları inkar edir və oktyabrın 2-də apellyasiya şikayəti verib.

 

"Mançester Siti" 2008-ci ildən bəri Şeyx Mənsura məxsus qurumun mülkiyyətindədir. Bu müddət ərzində komanda səkkiz dəfə İngiltərə çempionu olub və Çempionlar Liqasını qazanıb.