"Bavariya"nın prezidenti Herbert Hayner klub oyunçularının "Qızıl top"u (Ballon d'Or) qazanmaq şansları ilə bağlı fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, o, məsələ ilə bağlı "Bild"in əməkdaşının suallını cavablandırıb.

 

- Tomas Müller bildirib ki, "Qızıl top"u Maykl Olise və ya Kilian Mbappe qazanmalıdır, çünki onların oyununda xüsusi bir "sehr" var. Siz bu fikirlə razısınızmı? Olise "Qızıl top"a Harri Keyndən daha çox layiqdirmi?

- Həm Maykl, həm də Harri bu mükafata layiqdirlər. Lakin mən "Qızıl top"u Harri Keynə verərdim. Maykl Olisenin bu mükafatı qazanmaq üçün hələ qarşısında uzun illər var.

 

Qeyd edək ki, "Qızıl top" mükafatı bazar ertəsi, oktyabrın 26-da Londonda təqdim olunacaq.