I Liqa təmsilçisi "Mingəçevir" klubunda maliyyə böhranı yaşanır. Sport24.az-ın əldə etdiyi məlumata görə, bölgə klubu artıq iki aydır ki, futbolçulara və işçi heyətinə maaş ödəyə bilmir.

Məlumata görə, klubun maliyyə problemləri bununla da məhdudlaşmır. Belə ki, "Mingəçevir"in ötən mövsümdən qalan təxminən 250 min manat borcu var.

Qeyd edək ki, "Mingəçevir" I Liqada 4 turdan sonra cəmi 1 xalla 9-cu pillədə qərarlaşıb.