Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan növbəti təyinat alıb. Sport24.az xəbər verir ki, o, UEFA Gənclər Liqasının liqa mərhələsində keçiriləcək "Sabah" – "Slaviya" (Çexiya) oyununda hakim-inspektor olacaq.

 

Babək Quliyev bu qarşılaşmada Norveçdən olan hakimlər briqadasının idarəçiliyini qiymətləndirəcək.

 

Qeyd edək ki, qarşılaşma oktyabrın 13-də "Əlincə Arena"da keçiriləcək. Oyunun start fiti Bakı vaxtı ilə saat 15:00-da səslənəcək.