Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo noyabr ayında keçiriləcək Millətlər Liqası oyunları üçün heyətə daxil edilə bilər. Sport24.az xəbər verir ki, bu barədə Portuqaliya Futbol Federasiyasının prezidenti Pedro Proensa məlumat verib.
Federasiya prezidenti bildirib ki, Kriştiano Ronaldo artıq noyabr ayında yığmanın heyətinə qayıda bilər:
"Federasiya, baş məşqçi və bütün komanda yoldaşları həmrəydirlər. Biz Kriştianonun geri qayıtmasını istəyirik. Onun noyabr ayındakı beynəlxalq fasilə zamanı qayıdacağını gözləyirəm. Kriştiano da geri qayıtmaq istəyir. O, dünyanın ən yaxşısıdır".
Bundan əvvəl futbolçu, elə həmin Portuqaliya Futbol Federasiyası tərəfindən yığmadan kənarlaşdırılmışdı. Buna səbəbi isə Ronaldonun Millətlər Liqası matçı ərəfəsində millinin düşərgəsini icazəsiz tərk etməsi olub.
Qeyd edək ki, Portuqaliya millisi noyabrda Danimarka və Uelsə qarşılaşacaq. Komanda artıq pley-off mərhələsindəki yerini təmin edib.