"Mançester Yunayted", "İnter" və "Barselona"nın keçmiş hücumçusu Zlatan İbrahimoviç Premyer Liqanın 6-cı turu çərçivəsində keçirilən "Liverpul" - "Mançester Siti" oyununu idarə edən hakimi sərt tənqid edib. Sport24.az xəbər verir ki, yaxın keçmişin ulduz futbolçusu bu barədə sosial media hesabında paylaşım edib:

 

"Kris Kavanaqa hakimliklikdən uzaqlaşdırlmalıdır. O, sözün əsl mənasında oyunu məhv etdi. Bu, qayda pozuntusu deyildi – heç vaxt kart cəzasına layiq bir pozuntu sayılmazdı. O, bunu etməyə bilərdi, lakin qalib gəlməsini istədiyi komandanı seçdi. Premyer Liqada hakimlik dəhşətlidir və ziddiyyətlərlə doludur".

 

Qeyd edək ki, "şəhərlilər"in 3:0 hesablı qələbəsi ilə başa çatan qarşılaşmanı Kris Kavana idarə edib. Kavana 62-ci dəqiqədə "Liverpul"un yarımmüdafiəçisi Rayan Qravenberxi meydandan qovub.