İngilis futbolçu Billi Şarp karyerasını başa vurduğunu açıqlayıb. Sport24.az xəbər verir ki, 40 yaşlı Şarp müvafiq olaraq ikinci, üçüncü və dördüncü divizionları olan Çempionşip, Liqa 1 və Liqa 2-də çıxış edərək əfsanəyə çevrilmişdi.

 

Karyerası ərzində Şarp ümumilikdə 814 oyun keçirib və 299 qol vurub. O, Çempionşip tarixinin ən çox qol vuran futbolçusu (130 qol) və Liqa 1 tarixinin ən çox qol vuran beşinci oyunçusu (111 qol) kimi karyerasını yekunlaşdırır.

 

Qeyd edək ki, o. karyerasının əsas hissəsini "Şeffild Yunayted" (10 mövsüm ərzində 359 oyun) və "Donkaster"də (6 mövsüm) keçirib.