"Milan" və "Real"ın keçmiş futbolçusu Klarens Zeedorf "Korintians"ın baş məşqçisi təyin olunub. Sport24.az xəbər verir ki, bu barədə Braziliya klubunun mətbuat xidməti məlumat yayıb.

 

50 yaşlı niderlandlı mütəxəssislə imzalanan müqavilə 2027-ci ilin sonunadək qüvvədə olacaq.

 

Bu, Zeedorfun 2019-cu ilin yayında Kamerun millisindən ayrıldıqdan sonra ilk təyinatıdır. O, daha əvvəl "Milan", "Deportivo" və "Şençjen"in "sükanı arxasında" olub. 

 

Qeyd edək ki, Zeedorf futbolçu kimi karyerası ərzində "Milan", "Real", "İnter", "Ayaks", "Sampdoriya" və "Botafoqo" klublarının şərəfini qoruyub.