Rusiya Birinci Liqasında 13-cü turun oyunları keçirilir. Sport24.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin şərəfini qoruduğu "Soçi" öz meydanında "Ufa" ilə üz-üzə gəlib.

 

Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

 

İlk yarısında qol qeydə alınmayan matçda həlledici qolu 59-cu dəqiqədə Zaxar Fyodorov vuraraq komandasına vacib 3 xal qazandırıb.

 

Rusiya Birinci Liqası

13-cü tur

Soçi – Ufa 1:0

Qol: Fyodorov, 59

 

Milli yığmamızın üzvü Ramil Şeydayev görüşə ehtiyat oyunçular skamyasında başlayıb. Təcrübəli forvard 76-cı dəqiqədə Mixail İqnatovun yerinə oyuna daxil olub.

 

Bu nəticədən sonra xallarını 26-ya çatdıran "Soçi" turnir cədvəlindəki mövqeyini möhkəmləndirib. "Ufa" isə 18 xalda qalıb.