"Sabah" bu gün Çempionlar Liqasının liqa mərhələsinin 5-ci turu çərçivəsində növbəti oyununa çıxacaq. Sport24.az xəbər verir ki, "bayquşlar"ın rəqibi dünya nəhəngi "Barselona"dır.

 

Bakı Olimpiya stadionunda baş tutacaq görüşün start fiti saat 21:45-də sələnəcək.

 

 "Sabah" "Barselona"nın qarşılaşacağı ilk Azərbaycan klubu olacaq. Katalonlar indiyədək avrokuboklarda heç bir təmsilçimizlə qarşılaşmayıb. 

 

Bu görüş ərəfəsində aktivində 9 xal olan Kataloniya təmsilçisi (3 qələbə, 1 məğlubiyyət) turnir cədvəlində 8-ci, "Sabah" isə 3 xalla (1 qələbə, 3 məğlubiyyət) 30-cu pillədə qərarlaşıb.

 

Qeyd edək ki, reqlamentə əsasən, ilk 8 yeri tutan komanda birbaşa 1/8 finala, 9–24-cü yerlər pley-offa yüksəlir.

 

Çempionlar Liqası

Liqa mərhələsi, V tur

 

21:45. "Sabah" - "Barselona"

Hakimlər: Nikolas Uolş, Frensis Konnor, Deniel Makfarleyn, Donald Robertson (hamısı Şotlandiya)

VAR: Endryu Dallas (Şotlandiya)

AVAR: Stiven Maklin (Şotlandiya)

Bakı. Olimpiya Stadionu.

 

"Sabah": 92 Stas Pokatilov (k), 3 Stiv Solvet, 7 Umarali Raxmonaliyev, 8 Kristian Nvaçukvu, 9 Xəyal Əliyev, 13 İvan Lepiniça, 27 Timoteuş Puxaç, 33 Erivaldo Almeyda, Ksander Severina, 37 Du Keyros, 80 Akim Zedadka.

 

Ehtiyat oyunçular: 1.Amin Ramazanov, 94. Rəvan Mirzəmmədov, 5.Rəhman Daşdəmirov, 6.Abdulla Xaybulayev, 10. Aleksey İsayev, 11. Kahim Parris, 16. Rauf Rüstəmli, 17. Tellur Mütəllimov, 20. Coy-Lens Mikels, 21. Velko Simiç, 88. Rikardo Fernandeş, 99. Orfe Mbina

 

Baş məşqçi: Valdas Dambrauskas

 

"Barselona": 1 Joan Qarsiya, 3 Alexandro Balde, 6 Qavi, 7 Fermin Lopes, 8 Pedri, 9 Qabriel Jezus, 14 Kərim Adeyemi, 17 Entoni Qordon, 18 Jerar Martin, 21 Frenki De Yonq (k), 23 Jül Kunde.

 

Ehtiyat oyunçular:2. Joao Kanselo, 4. Farinas, 5.Kubarsi, 11. Rafinya, 13. Şesni, 20. Olmo, 22. Bernal, 24. Erik Qarsiya, 25. Livakoviç, 27. Bisivu, 41. Kampos, 42. Qistau

 

 

Baş məşqçi: Hans-Diter Flik