AFFA İntizam Komitəsinin iclası keçirilib. Sport24.az xəbər verir ki, toplantıda I Liqa ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

 

19.11.2026-cı il tarixində I Liqada VIII turun MOİK – "Səbail" oyununun 75-ci dəqiqəsində "Səbail" komandasının 20 nömrəli futbolçusu Ezekiel Morqan ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, "Səbail" komandası 150 manat cərimə edilsin (maddə 17.5, 17.7);

 

20.11.2026-cı il tarixində I Liqada VIII turun "Şimal" – "Zaqatala" oyununun 89-cu dəqiqəsində "Zaqatala" komandasının 70 nömrəli futbolçusu İbrahim Ramazanov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, "Zaqatala" komandası 150 manat cərimə edilsin (maddə 17.5, 17.7);