Şotlandiya Premyerşipinin 8-ci turu çərçivəsində "Seltik" növbəti matçına çıxıb. Sport24.az xəbər verir ki, "Mazervell"in qonağı olan Qlazqo təmsilçisi "Fir Park" stadionunda baş tutan qarşılaşmanı 2:0 hesablı qələbə ilə başa vurub.
Görüşdə hesabı 9-cu dəqiqədə "Seltik"in kolumbiyalı hücumçusu, "Qarabağ"ın sabiq futbolçusu Kamilo Duran açıb. Təcrübəli forvard uzaq məsafədən dəqiq və baxımlı zərbə ilə rəqib qapısını silkələyib. Matçda son nöqtəni isə 59-cu dəqiqədə toru havalandıran Benyamin Nüqren qoyub.
Şotlandiya Premyerşipi
VIII tur
Mazervell – Seltik 0:2
Qollar: Duran, 9, Nüqren, 59