Bu gün keçiriləcək 2 oyunla Misli Premyer Liqasında 7-ci tura yekun vurulacaq. Sport24.az xəbər verir ki, sonuncu oyun günündə daha 2 qarşılaşma baş tutacaq.

 

Günün ilk görüşü Yevlaxda keçiriləcək. Ev oyunlarını bu rayonda keçirən "İmişli" "Qarabağ"ı qəbul edir. Heç şübhəsiz ki, oyunun favoriti Ağdam təmsilçisidir. Qurban Qurbanovun komandası bu gün qələbə qazanacağı halda xallarının sayını 16-ya çatdıracaq və bir oyun az keçirməsinə baxmayaraq, liderlər qrupunda yoluna davam edəcək. Nominal meydan sahibləri isə sürprizə imza atıb meydandan qələbə ilə ayrılacağı təqdirdə turnir cədvəlində dünən qələbə qazanan "Sumqayıt"ı keçərək 8-ci yerdə qərarlaşacaq.

 

Qeyd edək ki, oyunun start fiti saat 16:00-da səslənəcək.

 

Misli Premyer Liqası

I dövrə, VII tur

 

16:00. "İmişli" - "Qarabağ"

Hakimlər: Elvin Bayramov, Pərvin Talıbov, Eyyub İbrahimov, Ruslan Quliyev
VAR: Vüqar Həsənli 
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Orxan Məmmədov 
AFFA nümayəndəsi: Azər Əsgərov
Yevlax. Şəhər stadionu.

 

"İmişli": 1. Yusif İmanov, 14. Bəxtiyar Həsənalızadə, 19. Azər Salahlı (k), 77. Fərid Nəbiyev, 5. İdris İnqilablı, 13. Rafael Vieqaş, 21. Ronaldo de Souza, 6. Yau Mozes, 9. Dioqo Almeyda, 23. Dioqo Rollo, 80. Deko

Ehtiyat oyunçular: 22. Sadiq Məmmədzadə, 17. Seyxan Fərəcov, 70. Mehdi Tahirov, 3. Tuncay Yusifli, 55. Murad Ələkbərov, 33. Əkbər Eyubov, 42. Sebai Senin

Baş məşqçi: Fərid Namazov

"Qarabağ": 23. Martin Zlomisliç, 22. Musa Qurbanlı, 20. Kadi Borqes (k), 2. Mateus Silva, 5. Bruno Lanqa, 10. Joni Montiel, 25. Cebrail Makreçkis, 21. Aleksey Kaşuk, 7. Jali Muaddib, 35. Pedro Bikalyo, 4. Bense Varkonyi

Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 55. Bədavi Hüseynov, 8. Marko Yankoviç, 29. Renaldo Sefas, 9. Zakaria Savo, 11. Reda Xadra, 88. Samuel Lobato

Baş məşqçi: Qurban Qurbanov