Dünən Ukrayna çempionatında futbol matçının davam etmə müddəti ilə bağlı inanılmaz bir rekord qeydə alınıb. Sport24.az xəbər verir ki, "Kolos" və "Epitsentr Kamianets-Podilski" komandaları arasında keçirilən 8-ci turun oyununun saat 13:00-da başlaması nəzərdə tutulsa da, hava həyəcanı siqnalı səbəbindən start vaxtı 13:40-a qədər təxirə salınıb.
Daha sonra növbəti uzunmüddətli hava həyəcanı siqnalları səbəbindən qarşılaşma dəfələrlə dayandırılıb və nəhayət, saat 20:25-də başa çatıb.
Qeyd edək ki, dünən keçirilən daha "Obolon Kiyev" və "Krivbas Krivoy Roq" komandaları arasındakı qarşılaşma da oxşar ssenari yaşanıb. Görüş saat 13:00 əvəzinə 13:45-də başlayıb və sonda yarımçıq qalıb. Saat 19:00-dan sonra matçın başqa bir gündə davam etdirilməsi barədə qərar qəbul edilib.