Futbolçuya qarşı qarşı intizam icraatının başlanmasından sonra Kriştiano Ronaldo Portuqaliya millisinin kapitanı statusundan məhrum olub. Sport24.az xəbər verir ki, bu barədə "A Bola" nəşri məlumat yayıb.
Xəbər verildiyi kimi futbolçunun yığmanın düşərgəsini icazəsiz tərk etməsindən sonra Portuqaliya Futbol Federasiyasının (FPF) intizam komitəsi araşdırmaya başlayıb.
Qeyd edək ki, oktyabrın 9-da intizam icraatı başladılıb və iş təcili xarakterli kimi təsnif edilib. Ertəsi gün iş materialları FPF-in intizam araşdırması komissiyasına təqdim olunub. Federasiya həmçinin Ronaldoya qarşı əlavə müvəqqəti kənarlaşdırma tədbiri tətbiq etmək qərarına gəlib. Araşdırma başa çatana qədər işin təfərrüatları açıqlanmayacaq.